Sarkisyan Paşinyanla növbədənkənar seçkiləri müzakirə etdi

 Sarkisyan Paşinyanla növbədənkənar seçkiləri müzakirə etdi
  23 Mart 2021    Oxunub:2920
Bu gün Ermənistan prezidenti Armen Sarkisyanla baş nazir Nikol Paşinyan arasında görüş olub.
Azvision.az xəbər verir ki, bununla bağlı yayılan məlumatda deyilir ki, görüşdə ölkədəki gərgin vəziyyət müzakirə edilib. Onlar daxili siyasi vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş addımlar barədə müzakirələr aparıb, əsasən növbədənkənar parlament seçkiləri mövzusuna toxunublar.

"Sarkisyan və Paşinyan Ermənistan Konstitusiyası və qanunvericiliyinin təkmilləşdirilməsi də daxil olmaqla, azad və ədalətli seçki prosesinin təşkili üçün lazımi tədbirlərin vacibliyini vurğulayıblar".

Xatırladaq ki, martın 18-də baş nazir Nikol Paşinyan Ermənistanda 20 iyun tarixində erkən parlament seçkilərinin keçiriləcəyini bəyan etdi. Baş nazir bunu Çiçəklənən Ermənistan partiyasının lideri Qaqik Tsarukyanla görüşdən sonra söylədi.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Armen-Sarkisyan   Görüş  





Xəbər lenti