Çernobılda sərçələr kütləvi şəkildə qırılır

Çernobılda sərçələr kütləvi şəkildə qırılır
  23 Mart 2021    Oxunub:2131
Çernobıl Radiasiya-Biosfer Qoruğunun əməkdaşları ərazidə sərçələrin sayının nəzərəçarpacaq dərəcədə azaldığını, onların kütləvi şəkildə tələf olduğunu bəyan ediblər.
Azvision.az xəbər verir ki, yerli mütəxəssislərin fikrincə, 2020-ci ildə aparılan araşdırma zamanı sərçələr ərazidə ən çox yayılmış quşların ilk beşliyinə daxil edilməyib.

Qoruqdakı tədqiqatçılar, həmçinin qeyd ediblər ki, Ukraynanın hər yerində yerli və tarla sərçələrinin populyasiyasında azalma hallarına rast gəlinir. Bunun əkinçilikdə zərərvericilərinə qarşı təbii müqavimətin azalmasına da təsir etdiyi bildirilir:

"Bununla belə, sərçələrin tamamilə yox olması barədə danışmaq hələ tezdir, bu mərhələdə quşlar yalnız risk qrupuna düşmək təhlükəsi daşıyır".

Xatırladaq ki, bundan əvvəl amerikalı elm adamları ilk dəfə nəsli kəsilməkdə olan heyvanı uğurla klonlayıblar.

Tural Tağıyev
Azvision.az


Teqlər: Çernobıl   Sərçə  





Xəbər lenti