Ermənilərin Hadrutda cəsəd axtarışı nəticəsiz qaldı

 Ermənilərin Hadrutda cəsəd axtarışı nəticəsiz qaldı
  23 Mart 2021    Oxunub:2093
Bu gün Ermənistanın aidiyyəti qurumlarının Azərbaycanın Qarabağ ərazisində itkin düşən hərbçilərin cəsədlərinin axtarışı heç bir nəticə verməyib.
Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edilir ki, axtarış və xilasetmə əməliyyatı bu gün əvvəldən müəyyən edildiyi kimi Hadrut qəsəbəsində həyata keçirilib. Fövqəladə Hallar Xidməti axtarışların sabah davam etdirilməyəcəyini bəyan edib. Amma yaxın günlərdə ölmüş hərbçilərin cəsədlərinin tapılması istiqamətində əməliyyatların bərpa ediləcəyi vurğulanıb.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsi bitdikdən sonrakı dövr ərzində 1518 erməni hərbçinin cəsədi və ya cəsəd qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Tural Tağıyev
Azvision.az


Teqlər: İtkin   Axtarış   Qarabağ   Ermənistan  





Xəbər lenti