Daha bir ölkədə “Britaniya ştammı” aşkarlandı

Daha bir ölkədə “Britaniya ştammı” aşkarlandı
  23 Mart 2021    Oxunub:2294
Moldovada COVID-19 virusunun Britaniya ştammı aşkar edilib.
Azvision.az xəbər verir ki, Moldova Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 23 nəfərdən götürülən analiz nümunələri Almaniya laboratoriyasına göndərilib. Onlardan 11-də Britaniya ştammı aşkarlanıb. Həmin şəxslər Böyük Britaniyadan Moldovaya gələn yerli və xarici vətəndaşlardır.

Hazırda Moldovada sərt karantin rejimi tətbiq edilir.

Azvision.az


Teqlər: Moldova  





Xəbər lenti