Putinlə Tokayev telefonla danışdılar

Putinlə Tokayev telefonla danışdılar
  23 Mart 2021    Oxunub:1664
Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev koronavirus pandemiyası ilə mübarizədə səylərin gücləndirilməsini müzakirə ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Xüsusi diqqət Qazaxıstanda Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin istifadəsi də daxil olmaqla, koronavirus pandemiyasına qarşı mübarizə səylərinin artırılmasına yetirildi”, - deyə Kremlin saytında bildirilib.

Tərəflər Avrasiyada inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə də toxunublar.

Azvision.az


Teqlər: Putin  



Xəbər lenti