NATO qoşunları Əfqanıstandan çıxarılmayacaq

NATO qoşunları Əfqanıstandan çıxarılmayacaq
  24 Mart 2021    Oxunub:1670
NATO-ya üzv olan 30 ölkənin xarici işlər nazirləri Əfqanıstandan qoşunların çıxarılması barədə qərar qəbul etməyiblər.
Azvision.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansın XİN rəhbərlərinin Brüsseldə keçirilən iclasının ilk gününün yekunları ilə bağlı açıqlamasında bildirib.

"Bu gün biz yekun qərar qəbul etmədik. Lakin qərar verdik ki, qoşunlarımızın təhlükəsizliyini təmin edəcəyik", - deyə Stoltenberq qeyd edib.

Azvision.az


Teqlər: NATO  



Xəbər lenti