AŞPA-nın yaz sessiyası hibrid formatda keçiriləcək

AŞPA-nın yaz sessiyası hibrid formatda keçiriləcək
  24 Mart 2021    Oxunub:2229
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası hibrid formatda keçiriləcək.
Aprelin 19-dan 22-dək baş tutacaq yaz sessiyasında Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel və xarici işlər naziri Heyko Maasın çıxış edəcəyi bildirilir.

Bundan əlavə, Avropa Parlamentinin sədri David Sassoli, Moldova Respublikasının Prezidenti Maia Sandu, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçinin də yaz sessiyasında çıxışları gözlənilir.

Sessiyada müzakirə olunacaq mövzular arasında Avropa Şurasının strateji prioritetləri ilə bağlı assambleyanın baxışı, insan hüquqları və Belarusda seçki islahatlarının zəruriliyi kimi məsələlər yer alacaq.

Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi, xroniki və uzun müddətli xəstəliklərə məruz qalan insanlara qarşı ayrıseçkilik, Monteneqro ilə monitorinq sonrası dialoq, milli azlıqların qorunub saxlanması, eləcə də diaspora fəaliyyətinə dair Avropa siyasəti sessiya çərçivəsində müzakirə ediləcək.

Azvision.az


Teqlər: AŞPA  



Xəbər lenti