Dünyada son sutkada 393 mindən çox adam virusa yoluxub

Dünyada son sutkada 393 mindən çox adam virusa yoluxub
  24 Mart 2021    Oxunub:1844
Dünyada son sutka ərzində 393 531 nəfər koronavirusa yoluxub, 7151 nəfər isə virusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib. Verilən məlumata görə, ümumilikdə 123 419 065 yoluxma hadisəsi, 2 719 163 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (162 860) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (122 262) ilə Cənub-Şərqi Asiya (50 380) bölüşür.

Azvision.az



Teqlər: Koronavirus   ÜST   Statistika  



Xəbər lenti