Yaponiyada helikopter qəzası- 6 nəfər xəsarət alıb

Yaponiyada helikopter qəzası-    6 nəfər xəsarət alıb
  24 Mart 2021    Oxunub:1553
Yaponiyanın mərkəzi hissəsində yerləşən Naqano prefekturasında baş verən helikopter qəzasında azı altı nəfər xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, pilot da daxil olmaqla, zərərçəkənlərdən dördünə omba və onurğa sınıqları kimi ağır zədə diaqnozları qoyulub. Yaponiyanın Nəqliyyat Təhlükəsizliyinə Nəzarət üzrə Komitəsi fakt üzrə yoxlamaya başlayıb.

Azvision.az




Teqlər: Yaponiya   qəza  



Xəbər lenti