Rusiyada pandemiya qurbanlarının sayı 96 mini keçdi

Rusiyada pandemiya qurbanlarının sayı 96 mini keçdi
  24 Mart 2021    Oxunub:1663
Rusiyada son sutka ərzində koronavirusa 8861 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 483 471 nəfərə çatıb.

Rusiyada son sutkada 401 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 96 219 nəfərdir. İndiyə qədər 4 098 400 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az



Teqlər: Rusiya   virus  



Xəbər lenti