İranda koronavirusla bağlı son vəziyyət

İranda koronavirusla bağlı son vəziyyət
  24 Mart 2021    Oxunub:1817
İranda son sutka ərzində 94 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 62045 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 7605 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 1823317-yə yüksəlib.

Azvision.az


Teqlər: İran   virus  



Xəbər lenti