Putinə növbəti dəfə prezidentlik hüququ verən qanun qəbul edildi

 Putinə növbəti dəfə prezidentlik hüququ verən qanun qəbul edildi
  24 Mart 2021    Oxunub:1937
Rusiya Dövlət Duması Vladimir Putinə növbəti dəfə ölkə prezidentliyinə namizədliyini irəli sürmək hüququ verən qanun layihəsini qəbul edib.
Azvision.az xəbər verir ki, qanun layihəsində hazırkı Prezident Vladimir Putinin yenidən ölkə başçısı vəzifəsinə namizədliyini irəli sürmək hüququ nəzərdə tutulub.

Qanunda dövlət başçısının iki prezidentlik müddətindən artıq seçilməsinin qadağan edilməsi ilə bağlı müddəalar aydınlaşdırılıb. Belə ki, qanuna dəyişikliklər edilənə qədər vəzifədə olan vaxt nəzərə alınmayacaq.

Azvision.az


Teqlər: Putin  



Xəbər lenti