İki rayonun qaz təminatında problem yaranıb

İki rayonun qaz təminatında problem yaranıb
  24 Mart 2021    Oxunub:3023
Sutkanın pik saatlarında, ümumilikdə təxminən 2-3 saatı əhatə edən müddətdə Zaqatala, Balakən rayonlarının bir neçə yaşayış məntəqəsinin qaz təchizatında qısamüddətli xırda çətinliklər yaşanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" səhifəsində məlumat yayıb.

O bildirib ki, qaz təminatı tamamilə dayanmayıb, qazın təzyiqi müəyyən qədər zəifləyib: "Saat 11:00-dan məsələ tam nəzarətə götürülüb. Ümumiyyətlə, bu gün həmin regionda pik saatlarda qaz təminatında bir daha problem yaşanmayacaq".

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti