“Türkiyə üçün S-400 məsələsi bitib” - Çavuşoğlu

 “Türkiyə üçün S-400 məsələsi bitib” -  Çavuşoğlu
  24 Mart 2021    Oxunub:2767
"Türkiyə ABŞ ilə fikir ayrılıqlarını həll etmək üçün ətraflı danışıqlara hazırdır".

Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə ABŞ dövlət katibi Anthoni Blinken ilə danışıqların nəticələrini şərh edərkən deyib.
Onun sözlərinə görə, NATO-nun qərargahında amerikalı həmkarı ilə danışıqlar konstruktiv şəkildə aparılıb:

“Ankara və ya Vaşinqton dialoqun yeni mərhələsi üçün bir yer ola bilər. Bu gün müvafiq razılığa gəldik. S-400 zenit raket komplekslərinin satın alınması mövzusuna da toxunuldu. Blinkenə dedim ki, S-400 məsələsi Türkiyə üçün bitib”.

Türkiyəli nazirin sözlərinə görə, Ankara Vaşinqtonla müdafiə sistemləri və silahların satın alınması mövzusunu müzakirə etməyə hazırdır: "ABŞ ilə hərbi sahədə və Vaşinqtondakı müttəfiqlərimizlə əməkdaşlıq etməyə hazırıq".

Azvision.az



Teqlər: ABŞ   Türkiyə  



Xəbər lenti