Merkel səhvini etiraf etdi və üzr istədi

Merkel səhvini etiraf etdi və üzr istədi
  24 Mart 2021    Oxunub:3811
Almaniya kansleri Angela Merkel kütləvi tənqidlərin fonunda Pasxa bayramının qeyd edilməsi zamanı məhdudiyyətlərdən imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə Merkel Berlində keçirilən mətbuat konfransında deyib. O, insanları koronavirusun 3-cü dalğasından qorumaq məqsədilə tətbiq etməyi planlaşdırdığı məhdudiyyətləri səhv qərar adlandırıb.

"Bu qərar mənim səhvimdir və buna görə məsuliyyət daşıyıram", - deyən kansler planların ləğvi barədə federal əyalət başçılarına və parlament fraksiyaları rəhbərlərinə məlumat verildiyini bildirib.

“Səhvi etiraf etmək və vaxtında düzəltmək vacibdir. Bu prosesin bəzi qeyri-müəyyənliklərə səbəb olduğunu bilirəm. Bütün vətəndaşlardan üzr istəyirəm",- deyə Merkel qeyd edib.

Azvision.az



Teqlər: Merkel  





Xəbər lenti