Tacikistanda fövqəladə vəziyyət elan edildi

Tacikistanda fövqəladə vəziyyət elan edildi
  24 Mart 2021    Oxunub:1472
Ümumdünya Səhiyyə Təşkilatı Tacikistanda poliomielitin yayılması ilə bağlı fövqəladə vəziyyət elan edib.
Tacikistan mətbuatının yaydığı məlumata görə, bu xəstəlik 2020-ci il noyabrın 22-də ölkənin Xatlon vilayətində bir uşaqda qeydə alınıb. Sonra fevral ayının əvvəllərində Xatlon vilayətində başqa uşaqda aşkar edilib. Martın 18-də daha dörd uşaqda və onların qohumlarında xəstəlik təsdiq olunub.

Qonşu Əfqanıstanda və Pakistanda poliomielitə daha çox rast gəlinib. Xəstəlik Əfqanıstanın Tacikistan, Özbəkistan və Türkmənistanla həmsərhəd rayonlarında geniş yayılıb.

Poliomielit keçici xəstəlikdir, uşaqların onurğa sütununu iflic edir.

Azvision.az


Teqlər: Tacikistan  





Xəbər lenti