Ermənistan Seçki Məcəlləsinə dəyişikliklər ediləcək

Ermənistan Seçki Məcəlləsinə dəyişikliklər ediləcək
  24 Mart 2021    Oxunub:1674
Ermənistanın hakim “Mənim addımım” koalisiyası bu il iyunun 20-də keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinədək proporsional sistemə keçməklə bağlı Seçki Məcəlləsinə müvafiq dəyişikliklər etmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bildirib.

“Biz parlamentdə “Parlaq Ermənistan” və “Firavan Ermənistan” qrupları ilə siyasi məşvərətlər keçirərək erkən seçkilərə getmək qərarına gəldik. Həmkarlarımız Seçki Məcəlləsini dəyişdirib, tamamilə proporsional sistemə keçməyimizə qarşı çıxmayacaqlarını bildirdilər və biz də bunu etmək fikrindəyik. Yəni onlar bunun lehinə səs verməyəcəklər, amma qarşı da çıxmayacaqlar”, - deyə Paşinyan qeyd edib.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti