Ermənistan Baş Prokurorluğu Paşinyanın cinayəti barədə məlumat alıb

 Ermənistan Baş Prokurorluğu Paşinyanın cinayəti barədə məlumat alıb
  24 Mart 2021    Oxunub:2111
Ermənistanın Baş Prokurorluğu sabiq Baş Qərargah rəisi Onik Qasparyan tərəfindən cinayət faktı barədə məlumat alıb.
Azvision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arevik Xaçatryan bildirib.

“Armlur.am” saytı baş nazir Nikol Paşinyanın və müdafiə naziri Vaqarşak Arutyunyanın Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə qadağan edilmiş hərəkətlərini sübut edən sənəd dərc edib.

Onik Qasparyan həmin sənəddə Paşinyanın cinayətlərini diqqətə çatdırıb.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti