Nazir səhvən gizli məlumatları paylaşdı

Nazir səhvən gizli məlumatları paylaşdı
  25 Mart 2021    Oxunub:1834
Rumıniyanın müdafiə naziri Nikolae Çuke “Facebook” hesabında gizli məlumatları dərc edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir bunu səhvən edib.

Belə ki, N.Çuke hərbi akademiyaya səfəri zamanı çəkilmiş fotoları sosial şəbəkə hesabında paylaşıb. Fotolardan birində naziriliyin videokonfranslarına qatılmaq üçün hesablar və zəng mərkəzinə çıxış nömrələri əks olunub.

Bir müddətdən sonra həmin görüntülər nazirin “Facebook” hesabından silinib.

Azvision.az


Teqlər: Nazir   Məlumat  





Xəbər lenti