Dubay əmirinin qardaşı öldü, matəm elan edildi

Dubay əmirinin qardaşı öldü, matəm elan edildi
  25 Mart 2021    Oxunub:3293
Dubay əmirinin qardaşı Həmdan bin Rəşid əl-Məktum vəfat edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 75 yaşlı şeyx Həmdan uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.

O, əmir Məhəmməd bin Rəşid əl-Məktumun müavini və dünya atçılıq yarışlarının nüfuzlu simalarından biri olub. Həmdanın ölümü ilə əlaqədar martın 25-dən Dubayda on günlük matəm elan edilib.

Azvision.az


Teqlər: Dubay   Şeyx  





Xəbər lenti