ABŞ-ın Virciniya ştatında ölüm hökmü ləğv edildi

ABŞ-ın Virciniya ştatında ölüm hökmü ləğv edildi
  25 Mart 2021    Oxunub:2200
ABŞ-ın Virciniya ştatının rəhbərliyi ölüm hökmünü qadağan edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, qərar Demokratlar partiyasını təmsil edən qubernator Ralf Nortem tərəfindən imzalanıb.

Bununla Virciniya ölüm cəzasını qadağan edən 23-cü ştat olub. Bu qərar ştatda Demokratlar partiyasının müraciəti ilə qanunla təsdiqlənib.

Qeyd edək ki, edam cəzası Virciniyada 17-ci əsrdə köhnə qitədən köçənlərin koloniyalar qurmasından bəri təxminən 1400 dəfə tətbiq edilib. Bu, ABŞ-da ən yüksək göstəricidir. Virciniya həm də ABŞ-ın cənubunda ölüm hökmünü qadağan edən ilk ştat olub.

Azvision.az


Teqlər: ABŞ   Edam   Cəza  



Xəbər lenti