Lavrov Koreya yarımadası ilə bağlı çağırış etdi

Lavrov Koreya yarımadası ilə bağlı çağırış etdi
  25 Mart 2021    Oxunub:2508
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Koreya regionunda silahlanma yarışlarına son qoyulmasına çağırıb.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Lavrov Cənubi Koreyadan olan həmkarı Çunq Euy-yonq ilə görüşdən sonra açıqlamasında bildirib.

"Koreya yarımadası da daxil olmaqla, Şimal-Şərqi Asiyada dinc və sabit vəziyyətin saxlanılması üçün səylərin vacibliyini vurğuladıq", - Lavrov əlavə edib. O, həmçinin hərbi fəaliyyətdən imtina etməyin vacibliyini də qeyd edib.

Lavrovun sözlərinə görə, Moskva və Seul Koreya yarımadası problemi ilə bağlı danışıqlar prosesinin ən qısa müddətdə bərpa olunmasına sadiq qaldıqlarını ifadə ediblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Koreya  





Xəbər lenti