Ərdoğan iki mühüm sənədi təsdiqlədi

 Ərdoğan iki mühüm sənədi təsdiqlədi
  25 Mart 2021    Oxunub:2958
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi, Beynəlxalq Türk Akademiyasının büdcəsinin formalaşdırılması ilə bağlı protokolları təsdiqləyib.
Azvision.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hər iki sənəd 2020-ci il fevralın 28-də İstanbulda imzalanıb və fondun büdcəsinin formalaşdırılmasını, akademiyanın maliyyələşdirilməsi mexanizmini tənzimləyir.

Protokollara əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin ödənişləri əsasında formalaşacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə  



Xəbər lenti