Blinken rus məmurlara qarşı sanksiyaları dəstəklədi

Blinken rus məmurlara qarşı sanksiyaları dəstəklədi
  25 Mart 2021    Oxunub:1607
ABŞ dövlət katibi Entoni Blinken Kanadanın 9 Rusiya vətəndaşına sanksiya tətbiqetmə qərarını alqışlayıb.
Azvision.az xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.

"ABŞ Aleksey Navalnıya qarşı sui-qəsd cəhdində, onun həbsi və etirazların yatırılmasına cəlb olunmuş 9 rus vətəndaşına tətbiq edilən Kanada sanksiyalarını alqışlayır", - dövlət katibi deyib.

Daha əvvəl Kanada Aleksey Navalnıya görə doqquz Rusiya səlahiyyətlisinə sanksiya tətbiq edib. Kreml məhdudiyyətləri qanunsuz adlandırıb.

Sanksiyalar siyahısına Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, “Rosqvardi”yanın direktoru Viktor Zolotov, Prezidentin daxili siyasət departamentinin rəhbəri Andrey Yarin, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popov, Sibir Federal dairəsində səlahiyyətli nümayəndəsi Sergey Menyailo, Penitensiar Xidmətin rəhbəri Aleksandr Kalaşnikov və Baş prokuror İqor Krasnov düşüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kanada   ABŞ   Rusiya   Sanksiya  





Xəbər lenti