Ermənistanda yoluxma sayı 187 mini ötdü

 Ermənistanda yoluxma sayı 187 mini ötdü
  25 Mart 2021    Oxunub:1604
Ermənistanda son sutka ərzində daha 1 257 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 187 441 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 14 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3 416-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 871 nəfərdir. Aktiv xəstələrin sayı 13 427 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti