Naməlum avtomobil Manvel Qriqoryanın qaynını vurub öldürdü

Naməlum avtomobil Manvel Qriqoryanın qaynını vurub öldürdü
  25 Mart 2021    Oxunub:1489
Ermənistan parlamentinin keçmiş üzvü, müdafiə nazirinin sabiq müavini general Manvel Qriqoryanın qaynı yol qəzasında ölüb.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, qəza Eçmiadzində 25 mart gecəsi baş verib. Belə ki, naməlum avtomobil İrəvan sakini, 58 yaşlı Aşot Amiryanı vurub.

Aşot Amiryan aldığı xəsarətlərdən hadisə yerində keçinib, sürücü isə ərazidən qaçıb. Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edilib ki, Aşot Amiryan Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryanın qardaşıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   General  





Xəbər lenti