Rusiyanın 28 şəhərində hərbi parad keçiriləcək

 Rusiyanın 28 şəhərində hərbi parad keçiriləcək
  25 Mart 2021    Oxunub:1861
Böyük Vətən Müharibəsində qələbənin 76-cı ildönümünə həsr olunmuş bayram tədbirləri Rusiyanın 377 şəhər və qəsəbəsində, hərbi paradlar isə 28 şəhərində keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Hərbi paradlar Moskva və daha 27 şəhərdə təşkil ediləcək. Burada 47 mindən çox insan, 1,6 min hərbi texnika və 200-dən artıq hava gəmiləri iştirak edəcək", - Şoyqu kollegiya iclasında deyib.

O əlavə edib ki, Qələbəyə həsr olunmuş təntənəli tədbirlər ümumilikdə 377 şəhər və qəsəbədə keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Parad  



Xəbər lenti