Ermənistanla İraq hərbi sahədə əməkdaşlıq edəcək

Ermənistanla İraq hərbi sahədə əməkdaşlıq edəcək
  25 Mart 2021    Oxunub:2776
Emənistan və İraqın müdafiə nazirləri Vaqarşak Arutyunyanla Cuma İnad Saadun Xətab əməkdaşlıq sazişi imzalayıblar.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, İraqın müdafiə naziri İrəvanda rəsmi səfərdədir. O, bu gün erməni həmkarı ilə danışıqlar aparıb.

Tərəflər Ermənistanla İraq arasında müdafiə sahəsində əməkdaşlıq perspektivlərini, təcrübə mübadiləsi imkanlarını, həmçinin, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Arutyunyan həmkarına Qarabağdakı döyüş əməliyyatlarından sonrakı vəziyyəti, habelə razılaşmaların həyata keçirilməsi barədə məlumat verib.

Tərəflər daha sonra müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıb. Sənəddə qarşılıqlı maraq doğuran 13 sahədə əməkdaşlıq nəzərdə tutulur. Sənədə əsasən, müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun hazırlanması və imzalanması planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq  



Xəbər lenti