Gürcüstan ABŞ-dan “Pfizer” peyvəndi aldı

Gürcüstan ABŞ-dan “Pfizer” peyvəndi aldı
  25 Mart 2021    Oxunub:1545
Koronavirus əleyhinə “Pfizer” peyvəndinin ilk partiyası Gürcüstana çatdırılıb.
Azvision.az xəbər verir ki, Gürcüstan ABŞ-dan təxminən 30 min doza peyvənd alıb. Peyvəndlər artıq Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinə təhvil verilib. Oradan isə peyvəndlər tibb müəssisələrinə paylanacaq.

Vətəndaşlar Tbilisidə dörd klinikada, Kutaisi və Batumidə bir klinikada peyvənd ediləcək.

Xatırladaq ki, 13 martda Gürcüstan “AstraZeneca” peyvəndinin ilk partiyasını (43 200 doza) alıb. Ölkədə peyvəndləmə 15 martda tibb işçiləri arasında başlayıb. Gürcüstan bu vaksinin növbəti dozasını (86 400 doza) aprel ayında almalıdır. UNICEF Gürcüstana peyvənd almaqda kömək edir.

Gürcüstanda indiyədək 279 027 nəfər koronavirusa yoluxub, 271 278 nəfər sağalıb, ölənlərin sayı 3732 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pfizer  





Xəbər lenti