Məhkəmə Qasparyanın iddiasını geri qaytardı

 Məhkəmə Qasparyanın iddiasını geri qaytardı
  25 Mart 2021    Oxunub:1691
Ermənistanın İnzibati Məhkəməsi Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın vəkili tərəfindən baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyana qarşı qaldırılan iddianı geri qaytarıb.
Azvision.az -ın erməni KİV-lərinə istinadla verdiyi məlumata görə, hakim Liana Akopyanın sədrliyi ilə qəbul edilmiş qərarda qeyd edilib ki, qarşı tərəf 5 gün ərzində apellyasiya şikayəti verə bilər.

Onik Qasparyanın vəkili Artur Ovannisyan prezident Armen Sarkisyan və baş nazir Nikol Paşinyana qarşı İnzibati Məhkəmədə iddia qaldırmışdı. İddiada Qasparyanın vəzifəsindən azad edilməsi barədə fərmanın qüvvədən düşməsi tələb edilirdi.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan martın 22-də prezident Sarkisyanın Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi barədə fərman layihəsini imzalamadığı və Konstitusiya Məhkəməsinə müraciət etmədiyi üçün Davtyanın bu vəzifəyə təyin edildiyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OnikQasparyan  





Xəbər lenti