Üç ölkənin XİN rəhbəri Liviyaya gedir

Üç ölkənin XİN rəhbəri Liviyaya gedir
  25 Mart 2021    Oxunub:1304
Almaniyanın xarici işlər naziri Heyko Maas Liviyaya səfərə gedib.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Uzunmüddətli sabitləşmə və sülh üçün hələ çox işlər görülməlidir. Bu gün Fransa və İtaliyadan olan həmkarlarımla birlikdə keçid hökumətinə dəstəyimizi göstərmək üçün Tripoliyə gedirəm”, - məlumatda bildirilib.

Səfərin təfərrüatları açıqlanmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Liviya  





Xəbər lenti