“Qarabağnamə” tamaşası onlayn göstəriləcək

“Qarabağnamə” tamaşası onlayn göstəriləcək
  25 Mart 2021    Oxunub:2246
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşasını sosial hesabları vasitəsilə onlayn nümayiş etdirəcək.
Azvision.az xəbər verir ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Martın 31-də saat 19:00-da göstəriləcək tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Azvision.az


Teqlər: Tamaşa   Teatr  





Xəbər lenti