Mövlud Çavuşoğlu çinli həmkarı ilə görüşdü

Mövlud Çavuşoğlu çinli həmkarı ilə görüşdü
  25 Mart 2021    Oxunub:1773
Çin Xalq Respublikası ilə diplomatik münasibətlərimizin 50-ci ilində bu ölkə ilə iqtisadi əməkdaşlıq potensialımızı müzakirə etdik.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan Çinli həmkarı Van Yi ilə görüşdən sonra “Twitter” hesabında yazıb.

Pandemiya ilə mübarizə və peyvənd sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdiriləcəyini qeyd edən Çavuşoğlu görüş zamanı Türkiyənin uyğur türkləri ilə bağlı həssaslığının və düşüncələrini ifadə edildiyini diqqətə çatdırıb.

Bu görüşdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının xarici işlər naziri Van Yini qəbul edib.

Azvision.az


Teqlər: Türkiyə   Çin  



Xəbər lenti