Rusiya XİN-dən Ağdamdakı Birgə Mərkəzlə bağlı açıqlama
Qeyd olunub ki, Rusiya sülhün bərpasında və Dağlıq Qarabağda humanitar vəziyyətin normallaşması üçün şərait yaradılmasında önəmli rol oynayıb.
"Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Ankara ilə ortaq Rusiya-Türkiyə Mərkəzinin yaradılması barədə razılaşma zorakılığa son qoymaq, Cənubi Qafqazda sülhü və təhlükəsizliyi gücləndirib qorumaq istiqamətində qarşılıqlı məqbul həll yollarına çatmaq üçün lazımi şərait yaradıb", - Rusiya XİN-in məlumatında bildirilib.
Xatırladaq ki, işğaldan azad olunmuş Ağdam rayonu ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi cari ilin yanvarın 30-dan fəaliyyətə başlayıb.
Azvision.az
Teqlər: Rusiya







Vaxtında, Aydın, Lazımlı!


