“Pfizer” peyvəndini daşıyan helikopter yandı

“Pfizer” peyvəndini daşıyan helikopter yandı
  26 Mart 2021    Oxunub:2297
Uruqvay Hərbi Hava Qüvvələrinə məxsus helikopter koronavirus əleyhinə “Pfizer” peyvəndini Roça şəhərinə apararkən qəza enişi edərək yanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı helikopterdə olan 180 doza vaksin yanaraq məhv olub.

Məlumata görə, helikopter havaya qalxandan 30 kilometr sonra enməyə məcbur qalıb. İnsident zamanı bir neçə ekipaj üzvü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Helikopter   Qəza  





Xəbər lenti