Son sutkada 10 mindən çox insan virusun qurbanı oldu

   Son sutkada 10 mindən çox insan virusun qurbanı oldu
  26 Mart 2021    Oxunub:1813
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 575 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata əsasən, ötən sutka 575 191 nəfər koronavirusa yoluxub, 10 424 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 124 535 520, ölənlərin sayı 2 738 876 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti