Naxçıvanın xarici ticarət dövriyyəsi 56 milyonu ötüb

Naxçıvanın xarici ticarət dövriyyəsi 56 milyonu ötüb
  26 Mart 2021    Oxunub:1865
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2021-ci ilin yanvar-fevral aylarında 56 milyon 280 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, ixracın dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 37 milyon 340 min 900 ABŞ dolları təşkil edib, 18 milyon 401 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Azvision.az


Teqlər: Naxçıvan   Xarici   Ticarət  





Xəbər lenti