Çin Britaniyaya qarşı yeni sanksiyalar elan etdi
Nazirliyin bəyanatında sanksiyaya düşən şəxslərin və ailələrinin Çinə girişinə qadağa qoyulacağı bildirilir. Çin vətəndaşları və qurumları da sanksiya siyahısında olan insanlar və şirkətlərlə ticarət, əməkdaşlıq edə bilməyəcəklər.
Siyahıdakı şəxslər arasında Britaniya Parlamentinin üzvləri, keçmiş əmək və pensiya naziri, Mühafizəkarlar Partiyasının keçmiş lideri Yan Dunkan Smit və digər tanınmış britaniyalılar da var.
Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir ki, Çin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qəti şəkildə müdafiə etmək niyyətindədir və qarşı tərəfi yanlış istiqamətdə getməməyə çağırır.
Tural Tağıyev
Azvision.az
Teqlər: Çin Sanksiya Böyük-Britaniya







Vaxtında, Aydın, Lazımlı!


