Erməni spiker “soyqırım muzeyi”ndən oğurluq edib

 Erməni spiker “soyqırım muzeyi”ndən oğurluq edib
  26 Mart 2021    Oxunub:4270
Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanla bağlı yeni iddialar ortaya atılıb.

Azvision.az xəbər verir ki, spikerin əleyhinə açıqlama verən "erməni soyqırım" muzey-institutunun keçmiş direktoru Ayk Demoyan onda Mirzoyan haqqında oğurluqla bağlı faktların olduğunu deyib.
Demoyan xatırladıb ki, 2007-ci ildə muzeydən əhəmiyyətli nümunələr itib. İndi belə fakt üzə çıxıb ki, institutun aspirantları olmuş parlamentin “Mənim addımım” fraksiyasının üzvü Vladimir Vardanyan və spiker Mirzoyan bu müəmmalı itki işi ilə bağlı dindiriliblər:

“2007-ci ildə mən direktor idim. Keçmiş direktorun dövründəki təmir işləri zamanı muzeyin on yeddi nadir ədəbi nümunəsinin itirildiyi və ya oğurlandığı məlum oldu. Həmin fakt üzə çıxanda cinayət işi başlanmamışdı. Amma mən rəhbər olanda bunu bildim və sonradan cinayət işi açıldı. Bu yaxınlarda isə keçmiş direktorun oğurluq işi ilə bağlı əsas şübhəli hesab etdiyi şəxslər - aspirantların da dindirilməsi ortaya çıxdı".

Xatırladaq ki, Mirzoyanın başı bundan öncə də dərddə olub. O, kapitulyasiya aktı elan olunandan sonra İrəvanda etirazçı kütlə tərəfindən ailəsinin gözü önündə döyülmüşdü. Bir müddət öncə isə spikerə qarşı xarici kəşfiyyat orqanlarına işləməklə bağlı iddialar səsləndirilmişdi.

Tural Tağıyev
Azvision.az


Teqlər: Spiker   Qondarma-soyqırımı   Mirzoyan  





Xəbər lenti