Məşhur musiqiçi xizək sürərkən öldü

 Məşhur musiqiçi xizək sürərkən öldü
  26 Mart 2021    Oxunub:2885
Məşhur musiqiçi, “Zvuki Mu” rok qrupunun qurucusu, jurnalist və kulturoloq Aleksandr Lipnitski faciəli şəkildə dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə musiqi tənqidçisi Artyom Troiçski özünün "Facebook" səhifəsində məlumat yayıb. O bildirib ki, Lipnitski Moskva yaxınlığında çay üzərində xizək sürərkən boğulub.

Xatırladaq ki, 69 yaşlı Lipnitski 1983-cü ildə Peter Mamonov və Aleksey Bortniçuk ilə birlikdə baş ifaçısı olduğu “Zvuki Mu” qrupunu yaratmışdı.

Tural Tağıyev
Azvision.az


Teqlər: Xizək   Müğənni  





Xəbər lenti