Qadının qulağında milçək yuvası

Qadının qulağında milçək yuvası
  26 Fevral 2014    Oxunub:2291
Tayvan alimləri maraqlı hadisə ilə qarşılaşıblar.
Tayvanda maraqlı hadisə baş verib. 48 yaşlı qadın təxminən 1 il ərzində həkimlərə sol qulaq aparatı ətrafında ağrılar hiss etməsi barədə şikayətlənirdi.

Müayinə zamanı həkimlər qadının qulağında meyvə milçəyinin sürfələrini aşkar ediblər.
Onlar bunun izahını da veriblər.

“Bəzən biz meyvə və tərəvəzləri masa üzərinə qoyan zaman milçək sürfələri yeni mühit və qida mənbəyi tapmaq üçün aktivləşə bilər. Bu zaman onlar eşitmə aparatının içərisinə də daxil ola bilərlər. Həmin qadın isə içərisində milçək sürfəsi olan aparatı qulağına taxıb. Sürfə qulaqdan çıxarılıb və artıq qadının qulağındakı ağrılar keçib.

Həkimlər belə hallar zamanı tərkibində ağrıkəsici olan məlhəmdən istifadə etməyi məsləhət görür. Belə preparatı hissə-hissə qulağa yeritməklə sürfəni öldürmək mümkündür.
Maraqlı insidentlə bağlı bir sıra tibb jurnalları geniş məqalələr hazırlayıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti