Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş H. Quluzadənin ətrafında DİN Baş Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayon sakini H. Əsgərzadə ilə birgə M. Ə. Rəsulzadə qəsəbəsi ərazisindəki “MilliÖN” ödəmə terminalının kassasından 1 877 manat pul oğurlaması müəyyən edilib.
Görülmüş tədbirlərlə H.Əsgərzadə saxlanılıb.
Azvision.az