Moskvalıların 44 faizində virusa qarşı immunitet yaranıb

Moskvalıların 44 faizində virusa qarşı immunitet yaranıb
  26 Mart 2021    Oxunub:2104
Moskva sakinlərinin 44 faizində yeni növ koronavirus xəstəliyinə qarşı immunitet formalaşıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində Moskva merinin müavini Anastasiya Rakova bildirib.

Onun sözlərinə görə, immunitet səviyyəsi Rusiya paytaxtında minimal məhdudiyyətlərlə normal həyat yaşamağa imkan verəcək. Anastasiya Rakova 1 milyondan çox moskvalının peyvəndin ilk dozasını aldığını söyləyib. İkinci dozanı isə təqribən 800 min insan qəbul edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: İmmunitet   Moskva   Koronavirus   Vaksin  





Xəbər lenti