İranda daha 81 nəfər COVID-19-dan öldü

İranda daha 81 nəfər COVID-19-dan öldü
  26 Mart 2021    Oxunub:2163
İranda son sutka ərzində 81 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 62 223 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 7980 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 1 838 803-ə yüksəlib.

Azvision.az


Teqlər: İran   Koronavirus  



Xəbər lenti