Putin peyvənddən sonra özünü yaxşı hiss edir

 Putin peyvənddən sonra özünü yaxşı hiss edir
  26 Mart 2021    Oxunub:2777
Peyvəndlənmə prosesindən təkcə Rusiya Prezidenti Vladimir Putin deyil, onun yaxınları da keçiblər.
Azvision.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

O, jurnalistlərin Vladimir Putinin yaxınları, o cümlədən qızlarının peyvənd olunması barədə sualına "Bildiyim qədəri ilə, bəli. Hətta onlar əvvəl bu prosedurdan keçiblər. Səhv etmirəmsə, Putin özü də bu barədə danışıb", -deyə cavab verib.

Kremlin sözçüsü vurğulayıb ki, dövlət başçısı peyvəndlənmədən sonra özünü yaxşı hiss edir.

Xatırladaq ki, Vladimir Putin martın 23-də vaksinasiyadan keçib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Putin   Peyvənd  





Xəbər lenti