“Qarabağ klanı”ndan müəmmalı görüş

 “Qarabağ klanı”ndan müəmmalı görüş
  26 Mart 2021    Oxunub:2627
Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi diqqətçəkən görüş baş tutub.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilir ki, dünən ölkənin ilk prezidenti Levon Ter-Petrosyan, eks-prezidentlər Robert Koçaryanla Serj Sarkisyan, həmçinin separatçıların keçmiş rəhbəri Arkadi Qukasyan və Bako Saakyan bir araya gəliblər.

"25 mart tarixində Ermənistanın və Qarabağın keçmiş "prezidentləri" olmuş şəxslər - Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan, Arkadi Qukasyan və Bako görüş keçiriblər. Müharibədən sonrakı dövrdə Qarabağdakı vəziyyətlə əlaqədar bir sıra məsələlər və gələcək addımlar müzakirə edilib", - deyə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Görüş   Eks-prezident  





Xəbər lenti