Kürdə suyun səviyyəsi azalıb
Martın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 107 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 475 kubmetrə bərabərdir ki, bu da ongünlük normadan çox olmaqla normanın 156 faizini təşkil edir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 58 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 8 santimetr azalaraq 115, Bankə məntəqəsində 16 santimetr azalaraq 117, Surra məntəqəsində 20 santimetr azalaraq 305, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 16 santimetr azalaraq 50 santimetr olub.
Azvision.az