Rusiyadan Makronun “peyvənd müharibəsi” ittihamına cavab

Rusiyadan Makronun “peyvənd müharibəsi” ittihamına cavab
  26 Mart 2021    Oxunub:3978
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun vaksinlə bağlı ittihamına münasibət bildirib.

Azvision.az xəbər verir ki, Peskov Kremlin Makronun Rusiya və Çinin “peyvənd müharibəsi” apardığı barədə fikirləri ilə razılaşmadığını söyləyib.
O deyib ki, Rusiya heç vaxt koronavirusla mübarizə mövzusunu siyasiləşdirməyib: "Rusiyanın peyvəndi təsir vasitəsi kimi istifadə etmək istəyi olmayıb, yoxdur və heç vaxt da olmayacaq".

Xatırladaq ki, Makron Avropanın vaksinlərlə əlaqəli "yeni dünya müharibəsi" ilə qarşılaşdığını iddia edib. Buna səbəb kimi Moskva və Pekinin dərmanlardan siyasi təsir vasitəsi kimi istifadə etməyə çalışması göstərilib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Peskov   Makron   Peyvənd  





Xəbər lenti