Paşinyan onu gözləyən etirazçıları aldatdı

 Paşinyan onu gözləyən etirazçıları aldatdı
  26 Mart 2021    Oxunub:2980
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumət binasına gəldikdən sonra İrəvan sakinləri etiraz aksiyası keçirmək üçün həmin əraziyə toplaşıblar.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" saytı məlumat yayıb.

Qeyd edilib ki, Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar qısa müddətdə üçüncü hökumət binasının qarşısındakı mitinqlərini dayandırıblar. Buna səbəb baş nazirin binada bir neçə saat qaldıqdan sonra arxa qapıdan qaçması olub.

"Paşinyan onu çöldə gözləyən vətəndaşlarla qarşılaşmamaq, onun istefasının tələb edən kütlənin gözünə görünməmək üçün üçüncü hökumət binasını "qara çıxış"ndan tərk etdi”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Ermənistan baş nazirinin hökumət binasına gəlişindən bir neçə dəqiqə əvvəl "Daşnaksütyun" partiyasının funksionerləri binanın qarşısındakı parkda saxlanılaraq ərazidən uzaqlaşdırılıblar.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   İstefa  





Xəbər lenti