Qərb Rusiya vaksininə qarşı kampaniya aparır?

 Qərb Rusiya vaksininə qarşı kampaniya aparır?
  26 Mart 2021    Oxunub:1801
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsinin istehsal etdiyi peyvəndlərə qarşı kampaniya aparıldığını, lakin bu mövzuda heç kimlə "döyüşmədiklərini" söyləyib.
Azvision.az xəbər verir ki, XİN rəsmisi bu barədə “Komsomolskaya pravda” radiosunun efirində bildirib.

Zaxarovanın sözlərinə görə, Qərb bu cür vaksin müharibəsini özü elan etmiş ola bilər.

Bundan öncə Fransa Prezidenti Emmanuel Makron iddia etmişdi ki, Avropa vaksinlərlə bağlı "yeni dünya müharibəsi" ilə qarşılaşıb. Fransa lideri buna səbəb kimi Moskva və Pekinin dərmanlardan siyasi təsir vasitəsi kimi istifadə etməyə çalışmasını göstərib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vaksin   Rusiya  





Xəbər lenti